Polstoun
  • Polstoun

Tərkibi:

Daxilə qəbul üçün məhlulun 100 ml-nin tərkibində:

Mərcani ekstraktı …………………………….520 mg

Qatırquyruğu gövdəsinin ekstraktı ……..420 mg

Tozağacı yarpağının ekstraktı ………….220 mg

Adaçayı yarpağının ekstraktı ………….31,5 mg

Rozmarin yarpağının ekstraktı………….170 mg

Ayıqulağı yarpağının ekstraktı………….170 mg

Aptek limonotu Melissa officinalis …….170 mg

Çobanyastığı ekstraktı………………….100mg

Ayrıqotu kökünün ekstraktı…………….170mg

Böyrəkotu yarpağının ekstraktı…………100mg


Farmakoloji təsiri:

Bitki tərkibli kombinə olunmuş preparat olub diuretik, spazmolitik, litolitik, iltihabəleyhinə, antibakterial, öd qovucu və antioksidant effektlərə malikdir. Orqanizmdən ağır metal duzlarının, toksinlərin, sidik turşusunun eliminasiyasını təmin edir.

Qatırquyruğu gövdəsinin ekstraktı və mərcan ekstraktı — sidik kisəsi və böyrək xəstəliklərinin müalicəsində mühüm yer tutur. Böyrək yumaqcıqlarında filtrasiyanı sürətləndirir, daş əmələ gəlməsinin qarşısını alır.

Tozağacı yarpağının ekstraktı – Kalsium oksalatı, kalsium fosfatı, urat duzlarını və xırdalanmış böyrək daşlarından əmələ gələn bəzi mukoproteinləri tam həll edir.

Ayıqulağı yarpağının ekstraktı tərkibindəki alkoloidlər öd və mədə şirəsi ifrazatını stimullaşdırır, həmçinin sidik və sidik turşusunun istehsalını artırırlar.

Ayrıqotu kökünün ekstraktı. – yüngül işlədici effektə malikdir, mədə və böyrəklərin fəaliyyətini tənzimləyir, sidikqovucu effektə malikdir.

Adaçayı yarpağının ekstraktı – pielonefrit, sistit, uretrit, odemlər, sidikdə qum və böyrək daşı xəstəliklərində geniş istifadə olunur.

Rozmarin – yüngul diuretic təsirə malik olduğu üçün ödemlərin müalicəsində mühüm yer tutur. Müəyyən olunmuşdur ki, gündəlik rozmarinin maye şəklində qəbulu böyrəklərin fəaliyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır, sidik ifrazatinı artırır, həmçinin digər sidik qovuculardan fərqli olaraq orqanizmin normal fəaliyyəti üçün vacib olan mineralların: natrium, kalium, xlor sidiklə eliminasiyasının qarşısını alır.

Böyrəkotu yarpağının ekstraktı – böyrək damarlarını genişləndirərək sidikqovucu təsir göstərir. Sidik kisəsinin papillomalarında, qlomerulonefritdə, böyrək daşı xəstəliklərində, prostat vəzin hipertrofiyasında, impotensiyada geniş istifadə olunur.


İstifadəsinə göstərişlər:

Böyrəklərdə duz əmələ gəlməyə meyillik (urat, oksalat, fosfat, karbonat);

Urolitiaz;

Böyrək daşlarının çıxarılmasından sonra yenidən daş əmələ gəlməsinin qarşısını almaq məqsədilə;

Sidik yollarının infeksiyaları: sistit, uretrit, pielonefrit;

Dizurik pozğunluqlar;

Sidik və öd yollarının spazmı;

Müxtəlif növ intoksikasiyalar (dərman, alkoqol, narkotik mənşəli, qidə zəhərlənmələri).

Əks göstərişlər: preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Qarşılıqlı təsiri: digər preparatlarla qarşılıqlı təsiri müəyyən olunmamışdır.


İstifadə qaydası və dozalanması:

Preparat daxilə, gündə 3 dəfə, yeməkdən 30 dəqidə əvvəl qəbul olunur.


Müalicəvi dozası:

Məktəbəqədər uşaqlara 5-10 ml gündə 3 dəfə, məktəb yaşlı uşaqlara 15 ml gündə 3 dəfə, böyüklərə 45 ml gündə 3 dəfə, hamilələrə 20 ml gündə 3 dəfə təyin olunur. Preparatın kurs müalicəsi 2-4 həftədir. Doza müalicə həkimi tərəfindən korreksiya oluna bilər.


Buraxılış forması:

300 ml-lik flakonlarda, plastik ölçü qabıı ilə.


İstehsalçı:

Türkiyə

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı

Polstoun

  • Model: Polstoun
  • Mövcudluq: Anbarda
  • ₼21.30

  • ƏDV xaric: ₼21.30