Alligat N30
  • Alligat N30

TƏRKİBİ:

Vitamin E – 100 mq (Təbii D-Alfa tokoferol – 150 BV)

Vitamin A – 300 mkq (Retinol palmitat – 1000 BV)

FARMAKOLOJİ QRUPU: Vitamin; Antioksidant

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: E vitamini – yağda həll olan vitamindir, güclü antioksidant və radioprotektiv effektlərə malikdir. E vitamini  zülalların biosintezi, hüceyrənin proliferasiyası, toxuma tənəffüsü və hüceyrə metabolizminin digər vacib proseslərində iştirak edir. Hem və hem tərkibli fermentlərin-hemoqlobin, mioqlobin, sitoxromlar, katalaza və peroksidazanın sintezini stimullaşdırır, doymamış yağ turşularının oksidləşməsini tormozlayır. E vitamini orqanizmin toxumalarında oksigen sərfiyyatını artırır. Angioprotektiv təsirə malikdir, damarları tonuslandırır, damar divarlarını möhkəmləndirir, qan damarlarını genişləndirir, qanı duruldur, laxtalanmanın qarşısını alır, periferik qan dövranını yaxşılaşdırır, yeni kapilyarların yaranmasını stimullaşdırır. Qan plazmasında lipidlərin səviyyəsini normallaşdırmaqla xolesterinin sintezini inhibə edir. E vitamininin immunomodullaşdırıcı effekti T-hüceyrəvi və humoral immunitetin stimulyasiyası ilə əlaqədardır. Tokoferol reproduktiv proseslərin – mayalandırma, dölün inkişafı, cinsi sistemin formalaşması və fəaliyyəti üçün əhəmiyyətli rola malikdir.  Vitamin E hipofizin fəaliyyətinə təsir etməklə qonototorp hormonlar olan FSH və LH-ın sintezində iştirak edir. Yumurta hüceyrələrin yetişmə və ovulyasiyasına təsir edir, ruşeymi uşaqlıq boşluğunun divarına sirayət etməsinə hazırlayır.

Vitamin E insan orqanizmində maddələr mübadiləsinin normada saxlanması, dəri və toxumalarda adi metabolik proseslərin səbəb olduğu zədələnmələrdən qorunasında vacib rol oynayır. Ultrabənövşəyi və infraqırmızı şüaların təsirindən dəridə yaranan sərbəst radiklları neytrallaşdırır.

E vitamininin defisiti zamanı skelet əzələsinin, miokardın hipotoniyası və distrofiyası inkişaf edir, kapillyarların keçiriciliyi və davamsızlığı artır, fotoreseptorların degenerasiyası inkişaf edir, görmə pozğunluğuna səbəb olur. Kişilərdə cinsi funksiyaların zəifləməsi, qadınlarda menstrual tsikl pozulması və uşaq salmaya meyillik inkişaf edir.

Bağırsaqlarda sorulandan sonra tokoferolun böyük hissəsi limfa və qana daxil olur, orqanizmin toxumalarında sürətlə paylanır, əsasən qaraciyərdə, əzələlərdə, piy toxumasında toplanır. Preparatın maksimal konsentrasiyası böyrəküstü, hipofiz, cinsi vəzilərdə, miokardda müəyyən edilir.

A vitamini toxuma mübadiləsini yaxşılaşdırır, hüceyrəvi və humoral immuniteti yaxşılaşdırır, mielopoezi yaxşılaşdırır, makrofaqların funksiyasını normallaşdırır. A vitamininin qəbulu tənəffüs yolları və həzm traktının selili qişa xəstəlikləri riskini azaldır. A vitamini qəbulu zamanı keratinizasiya prosesi zəifləyir, toxumalar yenilənir. Bundan başqa Alligat preparatının tərkibindəki A vitamini reproduktiv orqanların fəaliyyətinə müsbət təsir  göstərir. Həmçinin retinol palmitat görmə siqnalının, sümük toxumasının formalaşmasında, sümüklərin böyüməsində iştirak edir, tər, piy və göz yaşı vəzlərinin işinə müsbət təsir göstərir. A vitamini retinol molekulundakı doymamış rabitə hesabına sərbəst radikalları özünə birləşdirməklə antioksidant təsir göstərir.

GÖSTƏRİŞLƏRİ:

E vitamininin hipovitaminozu

Menstrual tsikl pozulması, hamiləliyin pozulması təhlükəsi, kimakterik vegetativ pozulmalar

Kişi cinsi sistemin disfunksiyası. Kişi və qadın sonsuzluğu, hamiləliyin birincili sona çatdırılmaması, uşaqlıq daxili kontraseptivlərdən istifadə

Epilepsia, Parkinson xəstəliyi, Alsheymer, diskeneziya

Nevrosteniya, astenik sindrom, amiotrofik ilkin əzələ distrofiyası

Hiperlipoproteinemiya, ateroskleroz, kardiomiopatiya, hemolitik anemiya, damarların spazmı

Əzələlərdə (miopatiya), oynaqlarda, vətərlərdə degenerativ-distrofik dəyişiklik

Birləşdirici toxumaların sistem xəstəlikləri (sklerodermiya, sistem qırmızı qurdeşənəyi, revmatoid artrit və s)

Dəri xəstəlikləri (dermatit, psoriaz, trofiki xoralar, ekzema)

Göz xəstəlikləri ( Göz dibinin sklerotik dəyişikliyi)

Travmalardan, ağır somatik xəstəliklərdən sonra bərpa dövründə

Artmış fiziki yüklənmə zamanı

Şəkərli diabet, hormonal disbalans

Şis xəstəliklərinin kompleks müalicəsində, kimya terapiyadan sonra

Antioksidant terapiya lazım olan xəstəliklər zamanı. 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

12 yaşdan yuxarı uşaqlar və böyüklərə Alligat yeməkdən sonra daxilə təyin olunur.

Əzələ distrofiyalarında, sinir-əzələ sisteminin, vətər-oynaq aparatının xəstəlikləri zamanı 1 kapsul sutkada 1 dəfə təyin olunur. Müalicə kursu 30-60 gün təşkil edir, təkrari kurs 2-3 aydan sonra aparılır.

Kişilərdə spermatogenez və potensiya pozğunluğu zamanı 1 kapsul gündə 1-2 dəfə təyin edilir. Hormonal terapiya ilə yanaşı 30 gün ərzində təyin olunur.

Dölün bətndaxili inkişafının pozulması zamanı 1 kapsul gündə 1 dəfə hamiləliyin I trimestri ərzində təyin edilir.

Hamiləliyin pozulması təhlükəsi zamanı 1 kapsul sutkada 1 dəfə 10-30 gün ərzində təyin olunur.

Ürək-damar, göz xəstəliklərinin kompleks terapiyasının tərkibində 1 kapsul sutkada 1 dəfə təyin olunur. Müalicə kursu 1-3 həftə təşkil edir.

Dermatoloji xəstəliklər zamanı 1 kapsul sutkada 1 dəfə təyin olunur. Müalicə kursu – 20-40 gün təşkil edir.ƏKS GÖSTƏRİŞLƏRİ: Kəskin böyrək çatışmazlığı (kreatinin səviyyəsinin plazmada 3 mq/100 ml-dən yüksək olması zamanı), preparatın komponentinə qarşı hiperhəssaslıq. 12 yaşa qədər uşaqlar.


ƏLAVƏ TƏSİRLƏRİ: Allergik reaksiyalar (qaşınma, dərinin hiperemiyası). Preparatın yüksək dozada uzun müddətli qəbulu zamanı qaraciyərin böyüməsi, kreatinuriya, yorğunluq hissi, zəiflik, baş ağrısı, dispeptik pozğunluqlar və  ürəkbulanmanın yaranması mümkündür.


DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: E vitaminini dəmir, gümüş, qələvi reaksiyaya malik (natrium hidrokarbonat, trisamin), dolayı təsirli antikoaqulyant (dikumarin, neodikumarin)  preparatlar ilə yanaşı təyin etmək olmaz. E vitaminini  steroid preparatların və QSİƏV-lərin (natrium diklofenak, ibuprofen, prednizolon) təsirini gücləndirir; Ürək qlikozidlərinin (diqoksin, diqitoksin), A və D vitaminlərinin toksiki təsirini azaldır.


HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ: Hamiləlik zamanı preparatın qəbulu mümkündür. Müalicə dövründə südverməni dayandırmaq lazımdır.


DOZA HƏDDİNİN AŞILMASI: Yan təsirlərin kəskinləşməsi. Müalicəsi: mədənin yuyulması, aktivləşdirilmiş kömür qəbul olunması, simptomatik müalicənin aparılması.

BURAXILIŞ FORMASI: Alligat № 30. Karton qutuda 15 gel-kapsuldan ibarət 2 blister olmaqla içlik vərəqi ilə qablaşdırılıb.

İSTİFADƏ MÜDDƏTİ: Qutunun və blisterin üzərində göstərilir. Yararlılıq müddəti bitdikdən sonra istifadəsi məsləhət deyil.

SAXLANMA QAYDASI: Uşaqların əli çatmayan yerdə,  25 ºC  temperaturda  saxlanılmalıdır.

APTEKDƏN BURAXILMA ŞƏRTİ: Reseptsiz buraxılır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  “Novator Pharma” LLP, Böyük Britaniya.

İSTEHSAL EDİLİR: “PRIMEA LIMITED” İngiltərə.“NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə


Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı

Alligat N30

  • Model: Alligat N30
  • Mövcudluq: Anbarda
  • ₼21.40

  • ƏDV xaric: ₼21.40