Ultrain N30
  •  Ultrain N30

Tərkibi:


Kalsium (karbonat)……1200 mq

Vitamin D3…………400 BV

Sink oksid………12,44mg

Vitamin K2…………25 mkq


Farmakoloji təsiri:

Kombinəolunmuş preparatdır. Kalsium-fosfor mübadiləsini requlə edir. Vitamin D3, kalsium, və vitamin K2,defisitini aradan qaldırır, sümüklərin və oynaqların bərkiməsinə şərait yaradır, dayaq-hərəkət aparatı xəstəliklərinin qarşısını alır.

Kalsium — insan orqanizmində ən cox yayılmış mineraldır. Qida ilə orqanizmə daxil olan, yəni bagırsaqlardan sovrulan kalsiumun miqdarı orqanizmin tələbatından asılı olaraq 20-30% təskil edir. Insan orqanizminin kalsiuma olan sutkalıq tələbatı 600 – 1200 mq-dır. Kalsium sümüklərin formalaşmasında, dişlərin minerallaşmasında, sinir keciriciliyi, əzələ yıgılması proseslərinin requlyasiyasında, sinir fəaliyyətinin stabil tənzimlənməsində iştirak edir.

Xolekalsiferol (vitamin D3) — vitamin D-nin ən vacib aktiv metabolitlərindən biridir, orqanizmdə kalsium və fosforun metabolizmini tənzimləyir. O, kalsiumun böyrəklərdən sovrulmasını sürətləndirir, sümük toxumasının normal inkişafı, metabolizmi və fizioloji funksiyaları üçün vacib olan mineral mübadiləsini tənzimləyir.

Vitamin K2 — Aparılan bir çox tədqiqatlar K2 vitaminin sümük toxumasının normal strukturu üçün nə qədər vacib bir element olduğunu təsdiqləyir. Bu vitaminin iştirakı ilə, xüsusi bir protein olan osteokalsin aktivləşdirilir.


Göstərişləri:

Hamiləlik və südverən qadınlarda mikroelementlər və kalsium defisitinin bərpası;

Menopauza zamanı, menopauzadan əvvəl və sonra sümük toxumasının möhkəmliyinin təmin olunması;

Osteomalyasiyanın müalicəsi.

Uşaqlara və yeniyetmələrə intensiv böyümə və sümük toxumasının formalaşması dövründə;


Raxitin profilaktikası:

osteopatiya, spazmofiliya ilə müşahidə olunan kalsium mübadiləsinin pozulması, sümük əmələgəlmə proseslərinin pozulması, dişlərin cıxmasının ləngiməsi, orqanizmin intensiv böyümə dövründə boydan geri qalma;

Süni qidalanmada, vitamin D defisiti olan uşaqlar;

Malabsorbsiya sindromu, xroniki diareya, qastrektomiya;

Sinir sisteminin tükənməsi;

Hormonal terapiya, qicolma əleyhinə preparatlar, immunodepressantlar, alüminium tərkibli antasidlər, diuretiklər qəbul edən xəstələr;

Müxtəlif mənşəli osteoporozun profilaktika və müalicəsi;


Istifadə qaydası və dozalanması:

6 — 12 yaş- 1/2 tab gündə 1 dəfə,

Böyüklər – 1 tab gündə 1 – 2 dəfə,

Hamilələr və südverən analar – 1 tab gündə 1 dəfə, yeməkdən sonra.


Əlavə təsirləri:

Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul olunur. Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.


Hamiləlik ve laktasiya:

Hamiləlik və laktasiya dövründə vitamin D3 və kalsiuma təlabat artır. Ultrain preparatını hamiləlik və laktasiya dövründə istifadə etmək olar.


Buraxılış forması:

Ultrain №30 enterik tablet


İstehsalçı:

Turkiyə Koç İlac

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı

Ultrain N30

  • Model: Ultrain N30
  • Mövcudluq: Anbarda
  • ₼20.80

  • ƏDV xaric: ₼20.80