Revend
  • Revend

(GÖZ DAMCISI)


Tərkib:

Taurin…………..40mg

Ginkqo biloba…100mg

Aloye……………50mg




Farmakoloji qrupu:

Sitoprotektor,keratoregenerator,vazotrop


Farmakoloji təsiri:

Bitki ekstraktlarından kombinə edilmiş göz damcısı olub, yaşlanma faktorunu ləngidən,göz zəifliyində və göz dibində gedən degenerativ proseslərin müalicəsində və profilaktikasında istifadə olunur.


REVEND — buynuz qişada və konyuktivada epiteliumun yenilənməsini və bərpasını təmin edir, selikli qişanın bütövlüyünü qoruyur, buynuz qişanın sağalmasını sürətləndirir.

Taurin – sistein transformasiyası nəticəsində əmələ gələn kükürd tərkibli aminturşudur.Hüceyrə membranlarının funksiyasının normallaşmasını stimullaşdırır, enerji və metabolik prosesləri aktivləşdirir, sinir impulslarının ötürülməsini təmin edir və zədələnmiş toxumaları bərpa edir.Retinanın distrofik dəyişikliklərində, korneanın eroziv zədələnməsi və distrofiyasında həmçinin travmatik göz xəstəlikləri, katarakta, qlaukoma, müxtəlif genezli keratitlər zamanı istifadə edilir.


Aloye – yarpaqlarının tərkibində A, B1, B2, B3, B6, C, beta – karotin və xolin var. İltihab,bakterisid və virus əleyhinə təsir göstərir.Regenerasiya və maddələr mübadiləsini mesbət təsir göstərir və qoruyucu funksiya daşıyır. Xarici və daxili mühitin zərərli təsirlərinə qarşı müqaviməti artırır. Progressiv miopiyada,blefarit və müxtəlif genezli konyuktivitlərdə,keratitlərdə, göz büllürunun şəffaflığının pozulmasında istifadə edilir.

Ginkqo-biloba – tərkibi müalicəvi əhəmiyyətli flavionid və terpenlərlə zəngindir. Ginkqo-biloba yüksək antioksidant, iltihabəleyhinə, neyroprotektor və vazotrop xüsusiyyətlərə malikdir. Neyroprotektor xüsusiyyətinə əsaslanaraq gözdə aparılan cərrahi əməliyyatlardan sonra görmə orqanının hissi innervasiyasının bərpasında iştirak edir.Ginko-biloba qan dövranını yaxşılaşdırır, damar divarını möhkəmləndirir, enerji mübadiləsini aktivləşdirir, damar keçiriciliyini azaldır, ödem və qansızmaları aradan qaldırır.


Göstərişləri:

Refraksion əməliyyatlardan sonra (LASİK,PRK)

Katarakta (diabetik,travmatik,şüa,yaş)

Miopiya,ambliopiya

Buynuz qişanın zədələnmələri (yanıq, eroziya,distrofiya,keratit)

Gözün iltihabi xəstəlikləri (konyuktivit, keratit, uveit, irit və s.)zamanı

Torlu qişanın distrofik zədələnmələri (diabetik retinopatiya,makulodistrofiya, yaşla bağlı makulyar degenerasiya)

Kornea və retinanın degenerativ–distrofik və yaşla bağlı xəstəliklərinin müalicə və profilaktikası

Oftalmoloji əməliyyatlardan sonra (Kataraktanın cərrahi əməliyyatı, buynuz qışanın köçürülməsi və s.)

Gözün kimyaterapiyasından sonra

Artan vizual yorğunluq, quru gözlər sindromu, Stivens-Conson sindromu

Müxtəlif ekaloji faktorların təsirindən gözlərin qıcıqlanması (gün şüaları, toz, tüstü, soyuq, külək,duzlu su, kontakt linzalar və s.) zamanı

Oftalmoloji allergik reaksiyalar

Uzunmüddətli vizual stres (təlimlər, oxu, monitor, tv, kompyuter və gecə vaxtı nəqliyyat vasitəsini idarə etmə)

Diaqnostik prosedurdan sonra (Elektroretinografiya, elektorokuloqrafiya, qonioskopiya və s.)


İstifadə qaydası:

1-2 damcı x 3-4 dəfə konyuktival kisəciyə damızdırılır.


Əks göstərişləri:

Hər hansı komponentə qarşı fərdi həssaslıq


Xəbərdarlıq və ehtiyat tədbirləri:

Zədələnmiş flakonu istifadə etməyin

10 ml-lik flakon açıldıqdan sonra 30 gün müddətində yararlıdır


Buraxılış forması:

REVEND 10 ml-lik flakonlara məlumat vərəqi ilə birlikdə karton qutuda qablaşdırılmışdır.


İstehsalçı ölkə:

Turkiyə İsopharma

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı

Revend

  • Model: Revend
  • Mövcudluq: Anbarda
  • ₼16.80

  • ƏDV xaric: ₼16.80