HƏR 10 ML SİROPUN TƏRKİBİNDƏ:
N-Asetil sistein 0,25 q Evkalipt 0,07 ml
Kəklikotu 0,25 ml Altey 0,125 ml
Şehçiçəyi 0,25 ml Miroksilon 0,25 ml
Biyan kökü 0,20 ml Limon 0,07 ml
Qara qarağat 0,1 ml Bal 0,5 q
FARMAKOLOJI QRUPU: Bəlğəmgətirici, öskürək əleyhinə, immunostimulyator və detoksikant vasitə.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
N-Asetilsistein – amin turşu olub güclü mukolitik, detoksikant, bəlğəmgətirici təsirlərə malikdir. Bəlğəmin mukopolisaxaridlərinin bisulfid rabitələrini dağıtmaqla özüllü bəlgəmlə müşahidə olunan infeksion xəstəliklər zamanı bəlgəmi sürətli durulaşdırma xüsusiyyətinə malikdir. Otitlər, rinit, sinusitlər zamanı da təyin olunur. Asetilsistein həyati vacib dərman preparatları siyahısına daxildir. N-Asetilsistein sərbəst sulfhidril qrupuna malik olduğuna görə sərbəst radikalları neytrallaşdirmaqla güclü pnevmoprotektiv və antioksidant nəticələr göstərir.
Kəklikotu (thymus) – ekstraktının tərkibində 0,6%-ə qədər efir yağı vardır ki, onun da əsas hissəsini timol təşkil edir. Bundan başqa efir yağının tərkibində karvakrol, terpineol, borneol kimi komponentlər var. Kəklikotunun tərkibindəki timol həmçinin, qurd əleyhinə, dezinfeksiyaedici və agrıkəsici vasitə kimi də istifadə edilir. Dəmləməsi bəlğəmgətirici və sakitləşdirici təsirlərə malikdir.
Şehçiçəyi (drosera) – ekstraktı bir çox öskürək əleyhinə preparatların tərkibinə daxildir. Əsasən də uşaqlarda reflektor öskürək və göyöskurək zamanı kliniki effektivliyinin yüksək olması sübut olunub. Eyni zamanda astma tutmalarını yüngülləşdirir, hətta vərəmin müalicəsində də istifadə edilir.
Biyan kökü (liquorice) – ekstraktının tərkibi karbohidratlar, polisaxaridlər, üzvi turşular (yantar, limon, çaxır, alma turşuları), efir yağları, triterpenlər, saponinlər, steroidlər (β-sitosterin), kumarinlərlə zəngindir. Tərkibindəki saponinlərin hesabına selikli qişalara qıcıqlandırıcı təsir göstərərək selik ifrazını artırır. Buna görə də, əksər bəlğəmgətirici preparatların tərkibinə biyan kökü daxildir. Biyan – ağ ciyər və bronxların selikli qişasında limfositlərin fəaliyyətini aktivləşdirməklə, İg-A miqdarının artmasına səbəb olur. Bu da tənnəffüs sistemi orqanlarında immuniteti artırır.
Qara qarağat (ribes nigrum) – meyvələri vitaminlərlə (vitamin C, B, P, A), limon və alma turşuları, karbohidratlar, flavonoidlər, minerallarla (Na, K, Ca, Mg, P, Fe) zəngindir. Qara qarağat tərlədici, sidikqovucu, immunostimulyator təsirlərə malikdir. Tərkibindəki efir yağları hesabına dezinfeksiyaedici təsir də göstərir.
Evkalipt (eucaliptus) – yarpaqları sineolla zəngindir. Evkalipt yarpaqları dezinfeksiyaedici təsirinə görə tənəffüs yollarının iltihabi-infeksion xəstəliklərində istifadə olunur.
Altey (altea) – qədim zamanlardan dərman bitkisi kimi tanınır. Altey kökünün tərkibi pektin, kerotin, lesitin, fitosterin, əvəzolunmaz aminturşulardan asparagin, betainlə zəngindir. Altey tərkibindəki aktiv maddələr hesabına toxuma regenerasiyasını gücləndirir, iltihab eleyhinə və bəlğəmgətirici təsir göstərir.
Miroksilon (balsamo tolu) – tərkibi qətran, benzoy turşusu, terpenlər və vanillə zəngindir. Tənəffüs yollarının selikli qişasında selik ifrazını artıraraq patogen mikroorqanizmlərin bronx divarına nüfuz etməsinin qarşısını alır, həm də iltihabı prosesin sürətli sorulmasını həyata keçirir.
Limon (lemmon) – meyvələri üzvi turşular (alma, çaxır), şəkər, fitonsidlər, vitaminlər – B1, B2, C, rutin, flavonoidlər, kumarinlə zəngindir. Hipovitaminozlar, avitaminozlar, mədə- bağırsaq xəstəlikləri, mineral balansının pozulması, hipertoniya kimi xəstəliklərdə istifadə edilir.
Arı balı (honey) – tərkibi 75-80% karbohidratlar (qlükoza, saxaroza, fruktoza), vitaminlər B1, B2, B6, E, C, fol turşusu ilə zəngindir. Avitaminozlar, hipovitaminozları aradan qaldırır, immun sistemini gücləndirir, orqanizmin xəstəliklərə qarşı davamlığını artırır.
GÖSTƏRİŞLƏRİ:
Kəsкin və хrоniкi brоnхitlər. Obstruktiv bronxit, brоnхiаl аstmа, brоnхоекtаziyа, bronxiolit, mukovissidoz
Ağ ciyərlərin оbstruкtiv хəstəliкləri.
Lаringit, larinqotraxeit, sinusitlər, rinit, otit.
Brоnх-аğ ciyər əməliyyаtlаrındаn sоnrакı аğırlаşmаlаrın müаlicə və prоfilакtiкаsı.
Aldehid, parasetamol və fenollarla zəhərlənmələr zamanı
İSTİFADƏ QAYDASİ VƏ DOZALANMASI:
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 5-10 ml gündə 2-3 dəfə, yeməkdən 20 dəqiqə sonra təyin edilir. Müalicə müddəti 1- 4 həftədir.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dispeptik əlamətlər, başgicəllənmə və allergik reaksiyalar.
ƏKS GÖSTƏRİŞLƏRİ: Hiperhəssaslıq.
DOZA HƏDDİNİN AŞILMASI: anoreksiya, iştahanın azalması, halsızlıq, ürəkbulanma, qusma.
BURAXILIŞ FORMASI: Brocsevin karton qutuda xüsusi 150 ml flakonlarda, içlik vərəqi və ölçü qaşığı ilə birgə istehsal edilir.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANIN SAHİBİ: “NOVATOR PHARMA” Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “GRICAR CHEMICAL” İtaliya, “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.
Brocsevin sirop 150 ml
- Model: Brocsevin sirop 150 ml
- Mövcudluq: Anbarda
-
₼17.90
- ƏDV xaric: ₼17.90