Best Trio
  •  Best Trio

Tərkibi: (gelin 1 qramında):

Bişofit (Bishofitum) — 60 mq,

Ağ şam ağacı yağı (Oleum Abietis) — 10 mq,

İstiotlu nanə yağı (Oleum Menthaepiperitae) – 5 mq,

Xəndəkotu ekstraktı (Extractum Symphytis) – 50 mq,

Dimetilsulfoksid (Dimexidum) – 60 mq.




Farmakoloji xüsusiyyətləri:

Bişofit –miliyon il əvvəl qurumuş Perm dənizinin duzlarının kristallizasiyasından alınan mineraldır. Kimyəvi tərkibinə görə Ölü dənizin duz və mikroelementlərinə yaxındır. Bişofit uzunmüddətli iltihabəleyhinə təsir göstərir. Dimetilsulfoksid- antiseptik, antibakterial təsir göstərərək iltihabı, ödemi və ağrını aradan qaldırır, aktiv maddələrin dərinin daha dərin qatlarına keçməsini təmin edir. Ağ şam ağacı yağı – yüngül isidici, tonuslandırıcı və bakterisid təsir göstərir. Müxtəlif iltihabi proseslər və xəstəliklərdə (osteoxondroz, ürək çatmamazlığı, revmatizm, pnevmoniya və s.) effektiv istifadə olunur. İstiotlu nanə yağı – tərkibinə daxil olan mentol qıcıqlanmış dəridə qan dövranını yaxşılaşdırır, sərinləşdirici təsir göstərərək qaşınmanı aradan qaldırır, toksinləri orqanizmdən kənarlaşdırır. İstiotlu nanə yağı sakitləşdirici, spazmolitik, ağrıkəsici və iltihabəleyhinə təsir göstərir, ürək qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır. Xəndəkotu ekstraktı аntibakterial, ağrıkəsici təsir göstərir, toxumaların regenerasiyasını yaxşılaşdırır. Toxumalarda (əsasən də sümük toxumasında ) bərpa proseslərini stimulə edir. Çıxıq, çətin sağalan yaralarda, ödemlərdə və müxtəlif zədələnmələrdə təyin olunur, oynağın funksiyalarını bərpa edək tam hərəkətliliyini təmin edir.


İstifadəsinə göstərişlər:

Radikulopatiyalar;

Lümbalgiya, lümboişalgiya;

Miozit; Reaktiv sinovit;

Vətərlərin, bağların və əzələlərin dartılma və dağılması;

Serebral iflic olan uşaqlarda əzələ kontrakturaları;

Ankilozlar;

Podaqra;

Limfangit;

Tromboflebit;

I və İİ tip angiopatiyalar


İstifadə qaydası:

Zədələnmiş nahiyənin dərisinə yüngün massaj hərəkətləri ilə 0,5 q gel (noxud böyüklükdə), gündə 2-3 dəfə istifadə olunur.


Əlavə təsirləri:

Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul olunur. Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.


Əks göstərişləri:

Preparatın tərkib komponentlərinə yüksək həssaslıq,3 yaş uşaqlar


Buraxılış forması:

Deltimor Gel, 50 q məlumat vərəqi ilə birlikdə karton qutuda qablaşdırılmışdır..


Saxlanılma şəraiti:

Otaq temperaturunda, uşaqlar üçün əlçatmaz yerdə saxlanilmalıdır.


Preparat təbii komponentlərdən ibarət olduğu və tərkibində kimyəvi maddələr olmadığı üçün dərman vasitəsi deyil.


Apteklərdən buraxılış forması:

Reseptsiz buraxılır.


İstehsalçı ölkə:

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı

Best Trio

  • Model: Best Trio
  • Mövcudluq: Anbarda
  • ₼19.35

  • ƏDV xaric: ₼19.35