Tərkibi:
(gelin 1 qramında):
Xondroitin sulfat 50 mq,
Dimeksid 100 mq;
Qara zirə ekstraktı 150 mq,
Bibər ekstraktı 0,6 mq
Farmakoloji xüsusiyyətləri:
Xondroitin sulfat — mukopolisaxarid təbiətli maddədir. Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Qığırdaq toxmasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının sturuktur və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdaq toxumasının sturukturunun degenerasiya proseslərini tormozlayır. Qlükozaminqlükan sintezini stimulə etməklə oynaq səthinin və oynaq kisəsinin regenerasiyasını sürətləndirir. Oynaq mayesinin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Dimetilsulfoksid — — iltihabi mediatorları (histamin, bradikinin, prostaglandin E1) ,antiseptik, antibakterial təsir göstərərək iltihabı, ödemi və ağrını aradan qaldırır, aktiv maddələrin dərinin daha dərin qatlarına keçməsini təmin edir.
Qara zirə ekstraktı – antiseptik, аntibakterial, ağrıkəsici təsir göstərir, toxumaların regenerasiyasını yaxşılaşdırır. Toxumalarda (əsasən də sümük toxumasında ) bərpa proseslərini stimulə edir. Çıxıq, çətin sağalan yaralarda, ödemlərdə və müxtəlif zədələnmələrdə təyin olunur, oynağın funksiyalarını bərpa edərək tam hərəkətliliyini təmin edir.
Bibər ekstraktı – yüngül isidici, tonuslandırıcı və bakterisid təsir göstərir. müxtəlif iltihabi proseslər və xəstəliklərdə effektiv istifadə olunur. Bibər ekstraktı — tərkibinə daxil olan kapsaisin alkaloidi qıcıqlanmış dəridə qan dövranını yaxşılaşdırır, toksinləri orqanizmdən kənarlaşdırır.
İstifadəsinə göstərişlər:
Radikulopatiyalar;
Lümbalgiya, lümboişalgiya;
Miozit;
Reaktiv sinovit;
Vətərlərin, bağların və əzələlərin dartılma və dağılması;
Serebral iflic olan uşaqlarda əzələ kontrakturaları;
Ankilozlar;
Podaqra;
Limfangit;
Tromboflebit;
I və II tip angiopatiyalar
İstifadə qaydası:
Zədələnmiş nahiyənin dərisinə yüngün massaj hərəkətləri ilə 0,5 q gel (noxud böyüklükdə), gündə 2-3 dəfə istifadə olunur.
Əlavə təsirləri:
Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul olunur. Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
Əks göstərişləri:
Preparatın tərkib komponentlərinə yüksək həssaslıq,3 yaş uşaqlar
Buraxılış forması:
Comforect Gel, 50 q məlumat vərəqi ilə birlikdə karton qutuda qablaşdırılmışdır..
Saxlanılma şəraiti:
Otaq temperaturunda, uşaqlar üçün əlçatmaz yerdə saxlanilmalıdır.
İstehsalçı ölkə: Fortex
Comforect gel
- Model: Comforect gel
- Mövcudluq: Anbarda
-
₼19.35
- ƏDV xaric: ₼19.35