Alimentolax sirop 200 ml
  • Alimentolax sirop 200 ml

TƏRKİBİ: Hər 15 ml-də

Laktuloza std. 66,7% – 5 q

Gavalı meyvəsinin qatılaşdırılmış şirəsi – 75 mq

Çobanyastığı çiçəyi – 100 mq

Su nanəsi – 0,2 mq

Köməkçi vasitələr: təmizlənmiş su, kalium sorbat, natrium benzoat

XÜSUSİYYƏTLƏRİ: Laktuloza – qalaktoza və fruktozadan ibarət disaxarid olub, nazik bağırsağın selikli qişasının disaxaridazaları tərəfindən hidroliz olunmur. Hiperosmotik təsir göstərərək işlədici effekt yaradır, bağırsağın peristaltikasını artırır. Daxilə qəbul etdikdən sonra dəyişilməmiş şəkildə yoğun bağırsağa qədər çatır.  Yoğun bağırsaqda metabolizmi başlayan laktuloza bağırsaq bakteriyalarının təsirindən əvvəlcə qalaktoza və fruktozaya qədər parçalanır, sonra isə onlar süd, sirkə və qarışqa turşularına çevrilirlər. Bu parçalanma məhsullarının yalnız bir hissəsi sorulur. Eyni zamanda sorulmamış molekulların toplanmasına görə yoğun bağırsağın boşluğunda osmotik təzyiq artır və turşuluq artır, pH azalır, bağırsağın peristaltikası və sekresiyası qüvvətlənir. Laktulozanın təsirindən nəcis daha yumşaq və formalaşmış olur. İşlədici effekt 1-3 gün ərzində əhəmiyyətli dərəcəyə çatır.

Gavalı meyvəsi (Prunus domestica L.) – Gavalı çox faydalı meyvədir. Gavalı bir çox vitaminlər (A, B qrupu, P), minerallar (kalium, kalsium, fluor, maqnezium, sink, yod, mis), qidalı liflər, üzvi turşularla zəngindir. Gavalı insan sağlamlığına çox müsbət təsir edir. Meyvənin tərkibindəki kumarinlər  damarları genişləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Gavalının tərkibindəki  P vitamini damarların sağlamlığı və elastikliyi üçün çox vacibdir. Qəbizlik zamanı müalicəvi təsir göstərir – bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir. Qəbizlik zamanı  təbabətdə qara gavalı təsdiq olunmuş müalicəvi məhsul kimi çox geniş istifadə olunur. Gavalı orqanizmi zərərli maddələrdən təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun profilaktikasında istifadə olunur. Sidikqovucu təsirə malik olan gavalı böyrəklər üçün çox faydalıdır. Gavalı kaliumla olduqca zəngindir. Gavalı maddələr mübadiləsini normallaşdırır, həmçinin, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluğu azaldır,  podaqra və revmatizmdən əziyyət çəkənlər üçün faydalıdır. «Antosian» maddələrlə zəngin olan gavalı xərçəngəleyhinə təsirə malikdir. İmmuniteti möhkəmləndirir.

Çobanyastığı çiçəyi (Chamomilla recutita L.) – Tərkibində olan alfa-bisabolol, xamazulen, apigenin, matricinin iltihab əleyhinə və peptik xoralarda müalicəvi effektə malikdir . Güclü antiseptik, ağrıkəsici, iltihab əleyhinə, spazmolitik təsirləri hesabına, bağırsaq sancısını və meteorizmi aradan qaldırır, dispeptik halların yaranmasının qarşısını alır. Çobanyastığı ənənəvi olaraq qastrit və duodenal xoralarda geniş istifadə olunan və Avropa komissiyası, ESCOP, OMS kimi qürumlar tərəfindən mədə bağırsağın müalicəsində istifadə edilən tibbi vasitə kimi qəbul edilib.

Su nanəsi (Mentha x piperita L.)  – həzmi yaxşılaşdırır və antiseptik, ağrıkəsici, spazmolitik təsir göstərir.

GÖSTƏRİŞLƏRİ:

•  Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi

•  Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə

ƏKS GÖSTƏRİŞLƏRİ: Qastrointestinal obstruksiyalar, qalaktozanın qəbuluna əks göstəriş olan vəziyyətlər.

İSTİFADƏ QAYDASI: 14 yaşdan yuxarı gündə 15-30 ml təyin olunur. Bağırsağın funksiyası adətən 24-48 saat ərzində normallaşır. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda yüksək doza qəbulunda ürəkbulanma, ishal və qusma müşahidə oluna bilər. Bu əlamətlər keçicidir və dozanı azaltdıqda itir.

BURAXILIŞ FORMASI: Alimentolax  200 ml – lik polietilen flakonlarda məhlul şəklində qablaşdırılıb. Ölçü stəkanı, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilib.

SAXLANMA ŞƏRAİTİ: Qutuda olmaq şərti ilə 25C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır. Dondurmaq olmaz!

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  «NOVATOR PHARMA» Böyük  Britaniya.

İSTEHSALÇI: Gricar Chemical  S.r.L., Via San Giuseppe 18/20, 20861-Brugherio (MB), SGQ – İtaliya.


Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı

Alimentolax sirop 200 ml

  • Model: Alimentolax sirop 200 ml
  • Mövcudluq: Anbarda
  • ₼21.80

  • ƏDV xaric: ₼21.80