Venolast gel 100 ml
  • Venolast gel 100 ml

TƏRKİBİ:

Diosmin                 0,1%

Hesperidin             0,1%

Mimoza                     6%

Gingko Biloba          5%

Qırmızı üzüm           5%

Nanə                       4,3 %

Papaya                      4%

Sentella                     4%

Sərv                           3%

Rutin                         2%

Qırmızı qaragilə     0,3%

FARMAKOTERAPEVTİK QRUPU:  Kombinə olunmuş angioprotektor və venotonik vasitə

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: Venolast tərkibindəki diosmin və hesperidin hesabına ödem əleyhinə, venotonik və angioprotektiv təsirlərə malikdir. Bioflavonoidlər lizosomal fermentlərin konsentrasiyasını azaldır, nəticədə kapillyarların divarlarında mukopolisaxaridlərin parçalanması zəifləyir, kapillyar divarlarında keyfiyyət artır. Bioflavonoidlər damarların keçiriciliyi azaldaraq kiçikmolekullu zülalların, elektrolitlərin və suyun hüceyrəarası maddəyə  süzülməsinin qarşısı alınır. Bunun nəticəsində ödemlərin, yorğunluq hissinin, gərginliyin, əhəmiyyətli dərəcədə, qaşınmanın və ağrının qismən azalması müşahidə edilir.

Mimoza – tərkibində  mimozin, tanin, oksalat var.  Antiseptik, iltihab əleyhinə, yara sağaldıcı və agrıkəsici xüsusiyyətə malikdir.

Gingko Biloba –  qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlükoliz prosesini aktivləşdirərək hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla enerji təminatını optimallaşdırır. Beləliklə, hüceyrələrin normal funksiyalarını bərpa edərək toxumaların funksional fəaliyyətini gücləndirir. Gingko Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq qanın reoloji xüsusyyətlərini normallaşdırır.

Qırmızı  üzüm (Red grape) – tərkibində üzüm flavonoidləri deyilən bir maddə – resveratrolvar. Funksiyaları: Bəd xassəli hüceyrələrin inkişafını dayandırır, tromboflebiti aradan qaldırır, damarların elastikliyini bərpa edir, xolesterin düyünlərini dağıdır, antiallergik və iltihab əleyhinə təsir göstərir.

Nanə (Menthol) – ağrıkəsici, sakitləşdirici, antiseptik və spazmolitik təsir göstərir.

Papaya – tərkibi vitamin, mineral və beta-karotindən ibarətdir. Funksiyaları:

Birləşdirici toxuma regenerasiyasında iştirak edir, xolesterinin səviyyəsini aşağı salır, tromb əmələ gəlmənin qarşısını alır, antioksidant və iltihab əleyhinə təsir göstərir.

Sentella (Centella) – tərkibindəki efir yağları və bioflavonoidlər hesabına vena tonuslandırıcı effektə malikdikdir.  Damarların divarının elastikliyini yaxşılaşdıraraq venoz çatışmazlıgı aradan götürür, kapillyarların elastikliyini artırmaqla isə yerli mikrosirkulyasiyanı yaxşılaşdırmış olur. Tərkibinin saponozidlərlə (aziatikozid və madekassozid)  zəngin olması hesabına damarlarda kollagenin və mukopolisaxaridlərin sintezini artırmaqla damar divarının ellestiklik indeksini yüksəldir, damarların zədələnmiş endotel qatının sürətli bərpasını təmin edir, dərinin epitelizasiyasını gücləndirir.

Sərv (Cypress) – tərkibində efir yağlarının hesabına spazmolitik effektə malikdir. Damarları qoruyur və ödemi götürür. Sakitləşdirici və stimuləedici təsiri var. Tərkibində olan flavonol hesabına damar tonusunu saxlayır, periferik qan dövranını yaxşılaşdırır və venaların çıxmasının qarşısını alır.

Qırmızı qaragilə (Red bilberry) – tərkibi ən çox C və P vitaminləri ilə zəngindir. Qırmızı qaragilə damar divarını  tonuslandırır və elastikliyini təmin edir. Tromb əmələ gəlmənin qarşısını alır.

Rutin – tez bir zamanda damar divarını və birləşdirici toxumanı möhkəmləndirir, qanaxmanı dayandırır, venalara profilaktik və müalicəvi təsir göstərir. Venaların varikoz genişlənməsi zamanı damarlarda baş verən patoloji dəyişiklikləri ardan götürülməsində yüksək effektivliyə malikdir. Venaların tonusunu artırır, plazma zülalları üçün kapillyarların keçiriciliyini azaldır, qanın fibrinolitik fəallığını artırır, özlülüyünü azaldır, periferik qan dövranını normallaşdırır, dərinin trofiki zədələnmələrində müsbət təsir göstərir.

GÖSTƏRİŞLƏRİ:

Aşağı ətrafların xroniki venoz çatışmazlığı (varikoz genişləmələr, tromboflebit)

Aşağı ətraflarda ağırlıq, ağrılar, gecə qıcolmaları, trofik pozğunluq

Aşağı ətrafların kəskin venoz çatışmazlığı zamanı aparılan cərrahi əməliyyatdan sonrakı dövrdə

Varikosele

Hamilələrdə aşağı ətrafların venoz çatışmazlığı

Diabetik mikroangiopatiya, diabetik pəncə

Şiş xəstəlikləri zamanı yaranmış limfostazlarda

ƏKS GÖSTƏRİŞLƏRİ: Açıq yaralar, qanaxmalar, preparatın hər hansı bir komponentinə qarşı həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ: Allergik reaksiya.

İSTİFADƏ QAYDASI: Pataloji nahiyəyə gündə 2-3 dəfə sürtməli.

BURAXILIŞ FORMASI: VENOLAST GEL 100 ml.

APTEKDƏN BURAXILIŞ QAYDASI: Reseptsiz

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:  “Novator Pharma” LLP, Böyük Britaniya.

İSTEHSAL EDİLİR: “GRİCAR CHEMİCAL” S.R.L  İtaliya “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Yaxşı

Venolast gel 100 ml

  • Model: Venolast gel 100 ml
  • Mövcudluq: Anbarda
  • ₼27.90

  • ƏDV xaric: ₼27.90